ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
ABŞ səfiri Mark Libbi hava limanında itlərin qarşılanmasında iştirak edib.
“Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar”, - diplomat qeyd edib.