Yerli vaxtla saat 03:47-də Xəzər dənizində, Cil və Pirallahı adalarından şimal-şərqdə 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ ocağı 73 kilometr dərinlikdə yerləşib.