“Neftçi” idman direktoru ilə yollarını ayırdı

“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.

Qeyd edək ki, Yens Andersson 2023-cü ilin sentyabrından "ağ-qaralar"da çalışırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ