Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycandan qaz idxalı və ya tranzitini istisna etmir.

O, İkinci Ümumerməni Sammitində çıxışı zamanı Bakının Ermənistana qaz tədarükü təklifini xatırladıb.

"Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarini istisna edə bilmərik", - deyə Paşinyan qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ