Lənkəranda zəlzələ baş verib.
Buta.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 16:24-də Lənkəran stansiyasından 21 kilometr şimal-qərbdə, Lənkəran rayonunda maqnitudası 3, dərinliyi 19 kilometr olan zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb.