“Formula-1” üzrə Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib

“Formula-1” üzrə Azərbaycan Qran-prisininin birinci sərbəst yürüşləri zamanı “Ferrari”nin sürücüsü Şarl Lekler qəza törədib.

Moneqask sürücünün idarə etdiyi bolid 15-ci döngədə trayektoriyadan çıxaraq baryerlərə çırpılıb, sessiya isə qırmızı bayraqlarla dayandırılıb.

Qeyd edək ki, Şarl Lekler qəza anına qədər sərbəst yürüşlərin protokollarına başçılıq edirdi.

“Ferrari” bolidi təxliyə olunduqdan sonra sessiya canlandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ