Müğənni Kərimi toyda niyə döydülər? - Səbəbi məlum oldu

Müğənni Kərim Abbasov toyda döyülüb. Bu barədə Lent.az məlumat yayıb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Kərimin toy zamanı döyülməsinə fonoqramma ifa etməsi səbəb olub

“Report”un məlumatına görə, Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

“Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ