Üç rayona yeni icra başçıları təyin edildi - SƏRƏNCAMLAR

Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Buta.media-nın xəbərinə görə, bu barədə müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ