Müdafiə Nazirliyinin polkovniki həbs edildi: Bir milyonluq mənimsəmə

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.

Buta.media xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.

Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in məluamtına əsasən, polkovnik Cəlal Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Hazırda istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ