Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq lider namizəd olan Hicran Hüseynovanın istifadə etdiyi əl çantası barədə jurnalist Fərid İsmayılov sosial media hesabında paylaşım edib. Paylaşım müzakirələrə səbəb olub. Bildirilib ki, Hüseynovanın çantasının qiyməti endirimlə 6032 dollardır. Bu isə təqribən 10 000 manat edir.
Musavat.com məsələ ilə bağlı Hicran Hüseynova ilə əlaqə saxlayıb.
O, yayılan məlumatları təkzib edib:
“Həmin çantanı Çindən gətirtmişəm. Orada çox ucuzdur. Mən heç vaxt baha heç nə almamışam. İkinci də, bu, kimin axmaq ağlına gəlir... Əşi yaxşı, mən belə şeyləri müzakirə etmək istəmirəm”.
Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd olub.
Xatırladaq ki, Milli Məclisin VI çağırış üzrə deputatı olan Hicran Hüseynova daha əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olub.