Nazirlik: Etiraz aksiyasına görə heç bir məmur cəzalandırılmayıb - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığı bildirilib. 

Nazirlikdən Buta.media-ya daxil olan məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir: 

“Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.

13:59

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda dörd yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

Buta.media xəbər verir ki, “Qaynarinfo.az”ın əldə etdiyi məlumata görə, iclasda nazirliyin yanında fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ