17 yaşlı oğlan Kürdə batdı

Şəmkirdə yeniyetmə oğlan çayda batıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və  dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

APA-nın məlumatına görə, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ