Azərbaycanlı aktrisa xərçəngdən dünyasını dəyişdi

Azərbaycan Dövlət Kukla Teatrında kuklaçı artist kimi fəaliyyət göstərmiş səhnə xadimi, aktrisa Elmira Hüseynova vəfat edib.

Bu barədə teatrın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənətçi avqustun 28-də 72 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. O, 1970-2023-cü illərdə teatrın səhnəsində fərqli mövzu və janrlı onlarla səhnə əsərində irili-xırdalı 200-ə yaxın rol oynayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ