Kərbəlada azərbaycanlı vəfat etdi

İraqın Kərbəla şəhərində ziyarətdə olan Azərbaycan vətəndaşı Hacı Dəyanət vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

Bildirilir ki, Bakı şəhər Sabunçu rayon sakini olan Hacı Dəyanət bu gün Kərbəlada dünyasını dəyişib. Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Kərbəlada ziyarətdə olan daha iki Azərbaycan vətəndaşı vəfat edib. Onlar İraqda dəfn ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ