Kəlbəcər başı kəsilmiş dağ keçisi cəsədləri aşkarlanıb - video

Kəlbəcər rayonunda yol kənarında ceyran və dağ keçisinin cəsədləri aşkarlanıb. 

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Videonu çəkən şəxs heyvan cəsədlərinin Kəlbəcərdə birinci tunelin qarşısında tapdıqlarını deyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb.

“İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekspertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması müəyyənləşəcək”, - deyə açıqlamada bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ