Zelenski hərbi təlimlərdə - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski “Metel-2022” hərbi təlimlərinin gedişatı ilə tanış olub. 

Buta.media-nın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Metel-2022” komanda-qərargah təlimləri bütün ölkə ərazisində fevral ayı boyunca davam edəcək.

“Rovenski vilayətinə səfəri zamanı Ali Baş komandan Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri və digər güc strukturlarının bölmələrinin taktiki təlimlərinin gedişatını yoxlayıb. Dövlət başçısı xarici tərəfdaşlar tərəfindən verilən silahlara -  Javelin və NLAW tank əleyhinə raket kompleksləri, Stinger raket kompleksinə baxış keçirib”, - deyə məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ