Qardaşı 28 yaşlı Şəbnəmi niyə öldürüb? - foto

Ötən gün Siyəzən rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Belə ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb. Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərində, Həzi Aslanov küçəsi, 2 ünvanında qeydə alınıb. Səfər Mustafazadə yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.

Hadisədən sonra Səfər Mustafazadə Daxili İşlər Nazirliyinin “102” çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.

Yerli KİV hadisənin qisqanclıq zəminində törədildiyini yazır.

Qardaşı tərəfindən həyatdan məhrum edilən Şəbnəm “Siyəzən broyler” ASC-də mühasib köməkçisi işləyirdi.

Qeyd edək ki, mərhum üç gün öncə doğum gününü qeyd edibmiş. Onun ailəsi ilə problemlərinin olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ