Qeyri-etik videolar çəkən yeniyetmə xəstəxanadan niyə buraxılıb? - video

Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn nəvəsi yenidən müzakirə mövzusu olub. Əli-Afiyəddin Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat edib.

O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin bir müddət sonra başqa ölkədə eyni hərəkətləri təkrarladığına şahid olduq.

Bəs maraqlıdır, Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan buraxılmasına səbəb nə olub?

Məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasından Oxu.Az-a bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:

“12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ