Azərbaycan Hava Yolları (AZAL) aeronaviqasiya xidmətlərinə görə Ermənistana 32 min avro ödəyib.
Buta.media xəbər verir ki, bu barədə Sputnik-ə Ermənistan Mülki Aviasiya komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, AZAL oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistan hava məkanından istifadə etməyə başlayıb.
“2021-ci ilin oktyabrın 6-dan 2021-ci ilin dekabrın 31-ə qədər AZAL aeronaviqasiya xidmətlərinə görə “EUROCONTROL” beynəlxalq təşkilatının marşrut tarifləri üçün mərkəzi ofisi vasitəsilə31,901.77 avro ödəyib”, - deyə məlumatda qeyd olunur.