Nəcməddin Sadıkov qəzaya görə cərimələndi

Dünən Bakıda qəza törədən Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkov cərimələnib

Bakı Şəhər DYPİ-dən Buta.media-ya verilən məlumata görə, Nəcməddin Sadıkov idarə etdiyi 90-AS-020 nömrəli "Toyota Land Cruiser" markalı avtomobillə fevralın 7-də qəza törədib.

Yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol tərtib olunub.

Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ