Tanınmış meyxanaçı Rəşad Dağlının narkotik alverçiləri barəsində dediyi meyxana həbsxanada müzakirəyə çıxarılıb.
Bu barədə meyxanaçı ilə eyni həbsxanada olmuş və hazırda azadlıq olan şəxs Nail Kəmərliyə müsahibəsində deyib.
Onun sözlərinə görə, həbsdə olan narkotik alverçiləri heç də Rəşad Dağlının tənqidi meyxanasını müsbət qarşılamayıblar. Məhz bu meyxanaya görə Rəşad Dağlıya etirazlar olunub.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.