Azərbaycanda ana ilə körpəsi doğuş vaxtı öldü

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüblər.

APA-nın məlumatına görə, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyaya gələn köprəsi vəfat ediblər.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında övladı var.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ