Qordon Putini şəxsi düşmən adlandırdı və ailəsini Ukraynadan çıxardı

Jurnalist Dmitri Qordon Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədar ailəsini ölkədən çıxarıb. 

Buta.media-nın xəbərinə görə, o, bu barədə “Ukrayna-24” telekanalının efirində danışıb.

Qordon qeyd edib ki, Putinin şəxsi düşməni olduğu üçün onun ailəsinə zərər dəyə bilər.

“Bu səbəbdən birmənalı şəkildə mən burada, Ukraynada qalıram, həyat yoldaşım evdə qalır, mənim cavabdeh olduğum digər şəxslər isə təhlükəsiz yerdə olmalıdırlar”, - ukraynalı jurnalist bildirib.

Qordon əlavə edib ki, atasını, babasını, qayınanasını və uşaqlarını Vyanaya göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ