Bosniya və Herseqovinanın Sanski Most şəhərindəki orta məktəbdə atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə klix.ba portalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında məktəb direktoru və katib də var. Portal yazır ki, hücum edən işçilərdən biridir; onun həbsi barədə hələlik məlumat yoxdur.
Digər qeyri-rəsmi məlumata görə, hücum edən şəxs özünü başından vuraraq ağır vəziyyətdə xəstəxanaya aparılıb.