Bakıda intihar hadisəsi baş verib. Paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.
Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını kəndirdən azad edib.
Qeyd edilib ki, “Atasığorta” şirkətinin “Memar Əcəmi” filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.