“Kurskda mövqelərimiz möhkəmləndirilir”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat paylaşıb.
O bildirib ki, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin Kurskla bağlı məruzəsindən sonra həmin ərazidə canlı qüvvə və texnikanın sayı artırılıb.
“Sırski məruzə etdi ki, ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olub, lakin hərbçilərimiz onların hamısının qarşısını alıb. Hazırda tərəfdaşlarımızın köməyi ilə oradakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir. Məqsədimiz Rusiya ordusunun hücum potensialının zəiflətməkdir”.