Qanunsuz erməni silahlı dəstə üzvlərinin daha bir cəhdinin qarşısı alınıb

Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Bu barədə Buta.media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”, - məlumatda qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ