Kəlbəcərdə itkin düşən qadın 31 il sonra dəfn olundu - foto

31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda dəfn olunub.

Bərdə şəhər qəbiristanlığında keçirilən vida mərasimində rayon sakinləri, Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Təranə Zeynalovanın nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, Zeynalova Təranə Davud qızı 1970-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olub. 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində “Tunel” adlanan yerdə üç qardaşı ilə birlikdə itkin düşüb. Onun nəşinin qalıqları Laçın rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ