Aleksey Navalnının rəsmi ölüm səbəbi açıqlandı

Rusiyada müxalif siyasətçi Aleksey Navalnının ölümünə bir neçə xəstəlik səbəb olub. Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. Siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya bildirib ki, sənəd Navalnının ölümündən altı ay sonra göndərilib. 

İstintaq Komitəsinin məlumatına görə, fevralın 16-da Aleksey Navalnı gəzinti zamanı özünü pis hiss edib. O, tibb məntəqəsinə yerləşdirilib və orada ölüb.

Aleksey Navalnının ölüm səbəbi kimi bir neçə xəstəlik göstərilib. Məhkəmə-tibbi ekspertiza komissiyasının rəyinə əsasən, Navalnının ölümünə bir neçə xəstəlik - damar və orqanların zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödeminin artması ilə dərinləşən diffuz miokardioskleroz, ürəyin mədəcik fibrilasiyası və ağciyər ödemi səbəb olub. Bundan başqa, sənəddə trombun ayrılması ilə bağlı versiya təkzib edilib.

Aleksey Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ