Azərbaycanda sahibkar qarpızı kanala niyə töküb? Səbəbi bilindi - video

Bərdə rayonuda sahibkarların qarpızı kanala tökməsi insanlar tərəfindən birmənalı qarşılanamyıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda qarpızları kanala atan şəxslər bunu etmələrinə səbəb kimi alıcıların olmamasını göstəriblər.

Sosial şəbəkə istifadəçiləri isə vətəndaşların bu hərəkətini qınayıblar. Onlar bu hərəkətin həm israfçılıq olduğunu, həm də suyu çirkləndirdiyini bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, videogörüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılır: 

“Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır”.

İlk açıqlamasında vətəndaş qarpızın satılmadığı ilə paylaşılan görüntülər tiktokda izləyici toplamaq məqsədi ilə çəkildiyini bildirib: 

“O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb. Kanala atılan məhsullar satış üçün yararlı olmayıb”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ