Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonunda baş verib. 33 yaşlı G.Abdullayeva çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub.
Məlumata görə, qadının özünü atdığı ev bacısına məxsus olub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.