Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 74 yaşayış məntəqəsinin Ukrayna hərbçilərinin nəzarətində olduğunu bildirib.
“Mürəkkəb, gərgin döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir və “mübadilə fondumuz" artır”, - Zelenski deyib.
Ukrayna prezidentinin sözlərinə görə, işğal olunmuş ərazilərdə “humanitar həllər üzrə işlər davam edir”. O, bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığını dəqiqləşdirməyib.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov avqustun 12-də prezident Vladimir Putinlə görüşdə bildirib ki, Ukrayna Silahlı Qüvvələri 28 yaşayış məntəqəsini ələ keçirib.