İranlı güləşçidən Sabah Şəriətiyə maraqlı jest - video

Paris-2024 Yay Olimpiya Oyunlarında iranlı güləşçi Amin Mirzəzadənin Azərbaycan idmançısı Sabah Şəriətiyə etdiyi jest maraqla qarşılanıb.

Amin Mirzəzadə bürünc medal uğrunda görüşdə qalib gəldiyi Azərbaycan güləşçisini çiyninə qaldıraraq meydanda gəzdirib.

İdmançının bunu etməsinə səbəb, Sabah Şəriətinin karyerasını bitirməsi olub. Belə ki, iranlı güləşçi rəqibinin son görüşü olduğunu öyrəndikdən sonra geri qayıdaraq onun çiyinləri üzərinə alıb və dövrə vurub.

Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ