Asiyada fond indeksləri çökdü. “Nikkei” rekord 13% ucuzlaşıb

Yaponiya fond indeksi “Nikkei 225” avqustun 5-də 12,4% azalaraq 31 458,42 bənd olub. Bu barədə “Nikkei Asia” məlumat yayıb. “Associated Press”in qeyd etdiyi kimi, “Nikkei 225” 13,24% ucuzlaşması i20 oktyabr 1987-ci ildən bəri ən böyük enişdir. 

“BBC News” xəbər verir ki, eniş Asiya-Sakit okean regionunun digər ölkələrində də baş verib. Tayvanın “Taiex” birjası və Cənubi Koreyanın “Kospi” indeksi hər biri 8%-dən çox ucuzlaşıb.

Hindistanın əsas fond indeksi “Nifty” 50 2,8%, Honq-Konqun “Hang Seng” indeksi 2,5%, Avstraliyanın “SP/ASX” 200 indeksi isə 3,6% ucuzlaşıb.

“Bloomberg” yazır ki, Yaponiya Bankının faiz dərəcələrini artırması və Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda Yaponiya fond bazarında azalma üç gündür davam edir. Digər faktor ABŞ-dan əldə edilən iqtisadi məlumatlardır. Avqustun 2-də qeyri-kənd təsərrüfatı sektorunda məşğul olanların sayının 114 min nəfər artdığını göstərən statistik məlumatlar dərc edilib ki, bu da pandemiyanın başlanmasından bəri ən zəif göstəricilərdən biridir. Bundan əlavə, ABŞ-da işsizlik 2021-ci ilin oktyabr ayından 4,3% artıb.

“Nomura Securities”in baş analitiki Naka Matsuzava bildirib ki, xarici investorlar “ABŞ-da tənəzzülün yaxınlaşmasından narahat olaraq” Yaponiya səhmlərini satırlar. “Nikkei Asia”ya verdiyi şərhdə o deyib ki, “düşüş Yaponiyaya xas səbəblərdən qaynaqlanmayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ