Kadırov Zelenskiyə: Klounluğun vaxtı keçdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə və ukraynalılara müraciət edib.

Buta.media xəbər verir ki, o, öz müraciətini Telegram kanalında yerləşdirib.

“Cənab Zelenski! Klounluğun vaxtı keçdi. Öz xalqınız qarşısında borcunuzun yerinə yetirməyin vaxtı çatıb. Bu gün təkcə Rusiya prezidenti deyil, Ukrayna prezidentinin də altından imza atdığı Minsk razılaşmasını yerinə yetirmək zərurəti yaranıb”, - Kadırov yazıb.

Çeçnistan rəhbəri qeyd edib ki, Minsk sazişinin müddəalarının yerinə yetirilməsi Moskva və Kiyev arasında gərginliyi azaldacaq. Siyasətçi həmçinin Zelenskiyə xalqının təhlükəsizliyinin qarantı kimi qantökmənin qarşısını almağa və sülhə çağırıb.

Kadırov həmçinin Ukraynanı sevdiyini etiraf edib:

“SSRİ vaxtı məktəbdə bizə tədris olunan tarix dərsindən bilirəm ki, rus dövlətçiliyinin beşiyi Kiyev Rusiyası olub. Ruslar və ukraynalılar bir tarixə, mədəniyyətə, dinə malik slavyan xalqıdır”.

Çeçenistan lideri qeyd edib ki, ukraynalıların özlərini qərbin bir hissəsi kimi tanıqıdılarına inanmır. 

Sonda Kadırov ümid etdiyini bildirib ki, Ukrayna xalıq xaricdən kömək olmadan tarixi ədaləti bərpa edəcək.

“Ola bilməz ki, böyük getman Boqdan Xmelnitski və dahi yazıçı Nikolay Qoqolun varisləri qardaş Rusiya ilə ömürlük sülh istməsinlər”, - o yekunlaşıdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ