Azərbaycan XİN-dən Livanda olan və ya bu ölkəyə hazırlaşan vətəndaşlara xəbərdarlıq

"Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livana səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur".

Bu məlumat Xarici İşlər Nazirliyinin yaydığı xəbərdarlıqda yer alır.

Bildirilib ki, eyni zamanda, hal-hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ