“Mersi, Baku”: Azərbaycanda doğulan qubernatora klip həsr olundu - VİDEO

Rusiyalı məşhur müğənni Sergey Şnurov Peterburq qubernatoru Aleksandr Beqlova klip həsr edib.

Buta.media-nın xəbərinə görə, “Mersi, Baku” adlanan yeni klipdə Şnurov Beqlovun doğulduğu Azərbaycana istinad edir. 

Fevralın 14-də YouTube-da tədim edilən klipdə Sankt-Peterburqun qubernatorunu I Pyotrla müqayisə olunub. 

Qeyd edək ki, Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ