“Əlim cibimdə olsa da, həyəcanlı idim”

“Əlimin cibimdə olmasının artistliklə əlaqəsi yoxdur, bu, mənim motivasiyamdır”.

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran Yusuf Dikeç deyib.

O, atış zamanı müzakirələrə səbəb olan hərəkəti haqqında danışıb: 

“Mən rahat görünsəm də, daxili aləmimdə tufan qopurdu. Bəzən hakimlər soruşur ki, eynəyiniz var, xüsusi idman ayaqqabınız var? Paylaşımlar məni çox sevindirdi və qürurlandırdı. Mən onsuz da atıcıyam, bu uğur tək mənim deyil, 85 milyonun uğurudur. Keçən il olimpiya kvotasının verildiyi yarışmadan 3 gün əvvəl silahımı əlimdən aldılar. Bu medalı silahımı əlimdən alanlardan başqa hər kəsə həsr edirəm”.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ