“Oleq Bakinski” Bakıda həbs edildi

“Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bu barədə Qafqazinfo saytı məlumat yayılıb. DİN-in Mətbuat Xidmətidən faktı təsdiqləyiblər.

Oleq Krapivin Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri sayılır.

Bildirilib, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Oleq Krapivin həmçinin Azərbaycanın və keçmiş Sovet İttifaqının sərbəst güləş üzrə idman ustası və əməkdar məşqçisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ