Casus mübadiləsi. Rusiya və ABŞ məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər

Rusiya və ABŞ məhbusların “genişmiqyaslı mübadiləsini” aparır. Bu barədə CNN telekanalı Ağ Ev administrasiyasının yüksək vəzifəli şəxsə istinadən məlumat yayıb.

MSNBC bildirir ki, Rusiya, ABŞ və digər ölkələr arasında mübadilə artıq başlayıb. “Bloomberg”in məlumatına görə, mübadilə çərçivəsində Rusiya “Wall Street Journal”ın müxbiri Evan Gerşkoviç, ABŞ-ın keçmiş dəniz piyadası Pol Uilan və siyasətçi Vladimir Kara-Murzanı azad edəcək.

CBS yazır ki, razılaşma 24 nəfəri əhatə edir və ABŞ, Rusiya, Almaniya və daha üç Qərb ölkəsi arasında aparılır. Ən azı 12 siyasi məhbus Almaniyaya köçürüləcək. Səkkiz nəfər isə Rusiyaya qaytarılacaq.

RF tərəfindən azad ediləcək şəxslər arasında Rusiyada ordu haqqında “saxta yazılar” yaymaqda ittiham edilərək həbs edilən “Azadlıq” radiosunun jurnalisti Alsa Kurmaşevanın da adını çəkilir.

CBS-in məlumatına görə, mübadilə çərçivəsində Qərb tərəfindən Almaniyada məhkum olunmuş Vadim Krasikovun azad olunacağı gözlənilir. O, keçmiş çeçen səhra komandiri, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirməkdə ittiham olunaraq həbs edilib.

CNN yazır ki, məhbusların yaxın vaxtlarda ABŞ-da olacağı gözlənilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ