Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

APA-nın məlumatına görə, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələri su basıb.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ