Qubada sel kəndin yolunu uçurdu - Giriş-çıxış məhdudlaşıb

Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

APA xəbər verir ki, Qudyalçaya gələn güclü sel çayın kənarları ilə bərabər Küpçalqışlaq kəndinin əsas yolunu da uçurub. 

Eyni zamanda çayın kənarında olan yüksək gərginlikli elektrik xətləri də aşıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yol axtarılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ