Qlobal temperatur rekordları qırılır

“​Yer kürəsində milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üz-üzədir”​.

“RİA Novosti” xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş brifinqdə bildirib.

“Bu, görünməmiş istilik həftəsi idi”, - o qeyd edib.

Quterreş xatırladıb ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik ilkin olaraq 21 iyul bazar gününü tarixdə ən isti gün elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda keçib. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırıb.

BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti səbəbindən “daha ​​isti və hamı üçün daha təhlükəli” olur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ