Çempionlar Liqası: “Qarabağ” təsnifat mərhələsinə qələbə ilə başladı - video

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə “Linkoln”la (Cəbəllütariq) qalib gəlib.

Qarşılaşma Qurban Qurbanovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. 

“Köhlən atlar”ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ