Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Nəvahi kəndində baş verib.
Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.
Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmaniyadan öldüyü bildirilir.