Bayden prezidentlik yarışından çıxdı. O, Kamala Harrisi seçməyi təklif etdi

ABŞ prezidenti Co Bayden iyulun 21-də bəyan edib ki, növbəti prezidentlik müddətinə yenidən seçilmək niyyətindən imtina edib. Bu barədə mesaj onun X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında dərc olunub.

“Prezidentiniz kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub. Yenidən seçilmək istəyim olsa da, hesab edirəm ki, partiyamın və ölkəmin maraqlarına uyğun olaraq geri çəkilməli və yalnız bu müddətin qalan hissəsi üçün prezident kimi fəaliyyət göstərməyə diqqət etməliyəm”, - deyə Bayden amerikalılara mesajında qeyd edib. 

Co Bayden vitse-prezident Kamala Harrisin demokratlardan prezidentliyə namizəd olmasını təklif edib.

“2020-ci ildə partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezidentim kimi seçmək oldu. Və verdiyim ən yaxşı qərar idi. Bu gün mən Kamalanı bu il partiyamızın namizədi olaraq tam dəstəkləmək və təsdiqləmək istəyirəm”, - Bayden bildirib.

Donald Tramp Baydenin seçkidən çəkilməsinə cavab olaraq onu “ölkə tarixinin ən pis prezidenti” adlandırıb. Tramp bu barədə CNN telekanalına müsahibəsində bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ