Amerika Birləşmiş Ştatları özünün strateji nüvə silahlarına dair cari məlumatların məxfiliyini ləğv edib. 2023-cü ilin sentyabr ayına olan məlumatı Milli Nüvə Təhlükəsizliyi Agentliyi dərc edib.
Bu məlumatlara görə, ABŞ-ın strateji qüvvələrini təchiz etmək üçün nəzərdə tutulmuş 3748 nüvə başlığı var.
Hesabatda 1994-cü ildən 2023-cü ilə qədər ABŞ-ın 12 088 nüvə başlığını sıradan çıxardığı məlum olub.
Sonuncu dəfə ABŞ oxşar məlumatı 2021-ci ilin oktyabrında dərc edib. Həmin vaxt Birləşmiş Ştatların 3750 nüvə başlığı var idi.
ABŞ 1967-ci ildə tarixdə ən çox nüvə başlığına sahib olub - 31,3 min.
Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2023-cü ilin yanvarına qədər 4,5 min strateji döyüş başlığına sahib idi.