Azərbaycanda dörd uşaq anası məktəbdə qətlə yetirildi

İsmayıllı rayonunda yerləşən məktəblərdən birində qadın qətlə yetirilib. 

Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Basqal kənd tam orta məktəbində qeydə alınıb. 

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanı bıçaqlayıb.

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub. Qadın hadisə yerində vəfat edib. 

B.Əhmədli məktəbdə gözətçi, G.Qəhrəmanova isə texniki işçi vəzifəsində çalışıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, B.Əhmədli Vətən müharibəsi qazisi olub. G.Qəhrəmanovanın isə dörd uşağı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ