Son zamanlar çıxışları ilə diqqət çəkən müğənni Ofeliya Şabanova onkoloji xəstəlikdən əziyyət çəkir.
O, verilişlərin birində bu xəbəri yeni öyrəndiyini deyib.
“Bəzi aparıcılar inciməsinlər, dəvət edirlər, gələ bilmirəm. İnşallah, hər şey yaxşı olar. İki körpə balam var. Allah məni onlara bağışlayar”, - O.Şabanova əlavə edib.
Müğənninin köməkçisi xəbərin doğru olduğunu və Ofeliyanın bu barədə açıqlama vermək istəmədiyini deyib.