ABŞ prezidenti Co Baydenin koronavirus testi müsbət çıxıb. Bu barədə Ağ Evin bəyanatında deyilir.
Bəyanatda Baydenin “bir neçə dəfə peyvənd edildiyi” və koronavirusun “yüngül simptomlarını” yaşadığı qeyd olunur. ABŞ prezidenti evinin olduğu Delaverə qayıdacaq, burada özünü təcrid edəcək və vəzifələrini tam şəkildə yerinə yetirəcək.
Baydenin həkimi bildirib ki, iyulun 17-də günortadan sonra prezidentin burnundan axıntı və öskürək başlayıb və o, “ümumi halsızlıq” hiss edib. Nəticədə müsbət çıxmış koronavirus testinin aparılmasına qərar verilib.
“Bu gün günortadan sonra koronavirus üçün müsbət test etdim, amma özümü yaxşı hiss edirəm və hər kəsə xoş arzularına görə təşəkkür edirəm”, deyə Bayden özünün X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“Newsweek” xəbər verir ki, koronavirus üçün müsbət test etdikdən sonra Bayden iyulun 17-də Las-Veqasda keçirilməsi planlaşdırılan UnidosUS konfransındakı çıxışını ləğv edib.